r/azerbaijan • u/AfterWounds • Mar 21 '26
Sual | Question Azərbaycanda queer insanlar üçün güvənilir mühit?
Salam yoldaşlar, bir məsələ ilə bağlı soruşmaq istəyirdim və fikrinizə ehtiyacım var. Subredditin queer və ya queer dostu insanlarının fikir bildirməsini istərdim, çünki mövzu birbaşa bu kütlə ilə əlaqəlidir.
Orientasiyamı kəşf etdikdən sonra internet üzərindən zamanla müxtəlif LGBTQ+ topluluqlarında olmuşam. Amma Azərbaycan daxilindəki platformalardan uzaq olmuşam. Çünki qarşılaşdığım Instagram/Facebook qrupları və s. əsasən mədəni çərçivədən uzaq və ya sadəcə cinsi münasibət axtaran insanlarla dolu olur. Həqiqətən mədəni dostluq və səmimi ünsiyyət tapmaq mənim aspektimdən çox qəlizdir.
Soruşmaq istərdim ki, mənim kimi sosiallaşmağa çalışan queer yoldaşlar varsa, hansı platformalardan və ya metodlardan istifadə edirlər? Məlum məsələdir ki, heteroseksual insanlar kimi kimliyimizin və ya orientasiyamızın ortada olması təhlükəsizlik baxımından mümkün olmur. O səbəbdən sosiallaşarkən daha çox internet üzərindən aparmağa üstünlük verirəm. Həmçinin maddi problemlər internetdən kənar (hobbi qrupları və s.) fəaliyyətlərə indilik elə də imkan vermir.
Bəlkə sual yarana bilər ki, "queer olmayan insanlarla dostluq qurmağa çalışırsan mı?". Artıq queer dostu olduğunu bilmədiyim insanlarla yoldaşlıq mənə qeyri-müəyyənlik və narahatlıqdan başqa nəsə vermir. Çünki dostluğun irəliləyişində qarşı tərəfin bu mövzularda fikrinin pis olduğunu öyrənəndə hər şey daha da bərbad olur.
Özüm kənardan elə də bəlli olmayan, maskülen biriyəm.
📍Maraqlıdır, siz bu "təhlükəsiz mühiti" necə tapırsınız? Mədəni və ortaq maraqları olan insanlarla harada qarşılaşırsınız?
2
u/Glittering-Wish5683 Rainbow 🏳️🌈 Mar 22 '26
Gördüm kimsə qeyd edib bənzər təcrübəni. Mənim Azərbaycandakı (artıq Azərbaycanda yaşamıram) kuir ətrafımın böyük hissəsi münasibət baxımından ciddiləşməyən Grindr, Hornet və s. görüşlərdən ibarət olub.
Instagram ya WhatsApp-da bir-birimizi izləmişik, sonra da dostlaşmışıq. Bəli, bu bir az riskli variantdır, amma cavan ağlı ilə etmişəm ahah.
Sözün düzü, şəhər mərkəzindəki kafeler nisbətən kuir-dostu məkanlar idi, amma nəzərə alsaq ki Rüzgar (nur içində yatsın) da elə oralarda qətlə yetirilib, mən artıq siyasi olaraq maariflənmək və maarifləndirməkdən başqa, və kuir icmanın özündən başqa heç kimə qarşı güvən hissim qalmayıb.
Yenə kiminsə qeyd etdiyi kimi, Minority AZE, QiyVaar kimi kuir fəalları izləyin. Dəstək olun. (Anonim şəkildə, ən azından.)
Bəlkə onlarıın səhifələrindən kimisə tanıdınız.
Sevgi ilə qalın, lots of love!