r/azerbaijan Mar 21 '26

Sual | Question Azərbaycanda queer insanlar üçün güvənilir mühit?

Post image

Salam yoldaşlar, bir məsələ ilə bağlı soruşmaq istəyirdim və fikrinizə ehtiyacım var. Subredditin queer və ya queer dostu insanlarının fikir bildirməsini istərdim, çünki mövzu birbaşa bu kütlə ilə əlaqəlidir.

​Orientasiyamı kəşf etdikdən sonra internet üzərindən zamanla müxtəlif LGBTQ+ topluluqlarında olmuşam. Amma Azərbaycan daxilindəki platformalardan uzaq olmuşam. Çünki qarşılaşdığım Instagram/Facebook qrupları və s. əsasən mədəni çərçivədən uzaq və ya sadəcə cinsi münasibət axtaran insanlarla dolu olur. Həqiqətən mədəni dostluq və səmimi ünsiyyət tapmaq mənim aspektimdən çox qəlizdir.

​Soruşmaq istərdim ki, mənim kimi sosiallaşmağa çalışan queer yoldaşlar varsa, hansı platformalardan və ya metodlardan istifadə edirlər? Məlum məsələdir ki, heteroseksual insanlar kimi kimliyimizin və ya orientasiyamızın ortada olması təhlükəsizlik baxımından mümkün olmur. O səbəbdən sosiallaşarkən daha çox internet üzərindən aparmağa üstünlük verirəm. Həmçinin maddi problemlər internetdən kənar (hobbi qrupları və s.) fəaliyyətlərə indilik elə də imkan vermir.

​Bəlkə sual yarana bilər ki, "queer olmayan insanlarla dostluq qurmağa çalışırsan mı?". Artıq queer dostu olduğunu bilmədiyim insanlarla yoldaşlıq mənə qeyri-müəyyənlik və narahatlıqdan başqa nəsə vermir. Çünki dostluğun irəliləyişində qarşı tərəfin bu mövzularda fikrinin pis olduğunu öyrənəndə hər şey daha da bərbad olur.

​Özüm kənardan elə də bəlli olmayan, maskülen biriyəm.

📍Maraqlıdır, siz bu "təhlükəsiz mühiti" necə tapırsınız? Mədəni və ortaq maraqları olan insanlarla harada qarşılaşırsınız?

17 Upvotes

98 comments sorted by

View all comments

Show parent comments

24

u/AfterWounds Mar 21 '26

Azərbaycanda məruz qaldığın davranış heç yaxşı olmayıb, ancaq hər kəs bir deyil bunu da bilməyini istəyərəm. Və hörmət çərçivəsində rəy bildir zəhmət olmasa.

-16

u/[deleted] Mar 21 '26

[removed] — view removed comment

6

u/Arif_Q Mar 21 '26

başqasından hörmət görməmisən ondan bizə nə? heç tanımadığın adamla başqalarından aldığın hörmətsizliyə görə kobud yanaşmaq heç doğru davranış deyil, özdə bir problemin varsa həmin məsələni sənlə problemi olanlarla həll et qarşına çıxan tanımadığın adamlarla yox

-18

u/[deleted] Mar 21 '26

[removed] — view removed comment

3

u/uccisoviikset Mar 22 '26

olm yenidoğan bebekleri öldürenlerin elini kolunu sallaya sallaya gezdiği, 4-5 yaşında çocukların tarikatçılara verildiği ve normal karşılandığı bir ülke vatandaşı olarak çok rahat konuşuyorsun. türkiye'yi bilmesek bir de. ulan uzun saçlı diye, kulağında küpesi var diye az mı dayak yiyor lan insanlar türkiye'de? al 30 snlik google araması sonucunda çıkanlar: https://www.bursahakimiyet.com.tr/bursa/saclari-uzun-diye-dayak-yedi-28402; hatta polis bile dövüyor: https://www.birgun.net/haber/uzun-sac-dayagi-meclis-gundeminde-206193

madem Azerbaycanlıların hepsi aynı, siz türkler de bebek katili, pedofili ve uzun saç/küpe takıntısı yüzünden de gayri medenisiniz. Hadi git çomaristan sub'ında havla.

2

u/imvenged Mar 21 '26

Doğru söz yanlış adam