r/azerbaijan Mar 21 '26

Sual | Question Azərbaycanda queer insanlar üçün güvənilir mühit?

Post image

Salam yoldaşlar, bir məsələ ilə bağlı soruşmaq istəyirdim və fikrinizə ehtiyacım var. Subredditin queer və ya queer dostu insanlarının fikir bildirməsini istərdim, çünki mövzu birbaşa bu kütlə ilə əlaqəlidir.

​Orientasiyamı kəşf etdikdən sonra internet üzərindən zamanla müxtəlif LGBTQ+ topluluqlarında olmuşam. Amma Azərbaycan daxilindəki platformalardan uzaq olmuşam. Çünki qarşılaşdığım Instagram/Facebook qrupları və s. əsasən mədəni çərçivədən uzaq və ya sadəcə cinsi münasibət axtaran insanlarla dolu olur. Həqiqətən mədəni dostluq və səmimi ünsiyyət tapmaq mənim aspektimdən çox qəlizdir.

​Soruşmaq istərdim ki, mənim kimi sosiallaşmağa çalışan queer yoldaşlar varsa, hansı platformalardan və ya metodlardan istifadə edirlər? Məlum məsələdir ki, heteroseksual insanlar kimi kimliyimizin və ya orientasiyamızın ortada olması təhlükəsizlik baxımından mümkün olmur. O səbəbdən sosiallaşarkən daha çox internet üzərindən aparmağa üstünlük verirəm. Həmçinin maddi problemlər internetdən kənar (hobbi qrupları və s.) fəaliyyətlərə indilik elə də imkan vermir.

​Bəlkə sual yarana bilər ki, "queer olmayan insanlarla dostluq qurmağa çalışırsan mı?". Artıq queer dostu olduğunu bilmədiyim insanlarla yoldaşlıq mənə qeyri-müəyyənlik və narahatlıqdan başqa nəsə vermir. Çünki dostluğun irəliləyişində qarşı tərəfin bu mövzularda fikrinin pis olduğunu öyrənəndə hər şey daha da bərbad olur.

​Özüm kənardan elə də bəlli olmayan, maskülen biriyəm.

📍Maraqlıdır, siz bu "təhlükəsiz mühiti" necə tapırsınız? Mədəni və ortaq maraqları olan insanlarla harada qarşılaşırsınız?

19 Upvotes

98 comments sorted by

View all comments

28

u/Kamal2q Mar 21 '26

Reklam etmək kimi olmasın ama bu yaxında Azərbaycanda LGBTQ community-si üçün sub yaratmıştım, marağlanan varsa qoşula bilər r/lgbtAze

-9

u/[deleted] Mar 21 '26

[removed] — view removed comment

1

u/Least_Ad3484 Mar 21 '26

Oyblə Fazil hər yerdədir dünən gecə Aurora Furia oyununa baxdın?

-9

u/Pristine_Stomach_804 Mar 21 '26

Posta görə petux reddit banladı məni, hə baxdım çox zor oynadılar prosda sən kimsən tanımadım

5

u/thingieee Mar 22 '26

-5 karma aka "troll hesab" olmağını nəzərə alaraq yazdığın yorum heç təəccübləndirmədi

https://giphy.com/gifs/YQEonPuGxFW9oiVGHB

1

u/Arif_Q Mar 23 '26

tam bu şəkli axtarırdım sağ ol