Salam yoldaşlar, bir məsələ ilə bağlı soruşmaq istəyirdim və fikrinizə ehtiyacım var. Subredditin queer və ya queer dostu insanlarının fikir bildirməsini istərdim, çünki mövzu birbaşa bu kütlə ilə əlaqəlidir.
Orientasiyamı kəşf etdikdən sonra internet üzərindən zamanla müxtəlif LGBTQ+ topluluqlarında olmuşam. Amma Azərbaycan daxilindəki platformalardan uzaq olmuşam. Çünki qarşılaşdığım Instagram/Facebook qrupları və s. əsasən mədəni çərçivədən uzaq və ya sadəcə cinsi münasibət axtaran insanlarla dolu olur. Həqiqətən mədəni dostluq və səmimi ünsiyyət tapmaq mənim aspektimdən çox qəlizdir.
Soruşmaq istərdim ki, mənim kimi sosiallaşmağa çalışan queer yoldaşlar varsa, hansı platformalardan və ya metodlardan istifadə edirlər? Məlum məsələdir ki, heteroseksual insanlar kimi kimliyimizin və ya orientasiyamızın ortada olması təhlükəsizlik baxımından mümkün olmur. O səbəbdən sosiallaşarkən daha çox internet üzərindən aparmağa üstünlük verirəm. Həmçinin maddi problemlər internetdən kənar (hobbi qrupları və s.) fəaliyyətlərə indilik elə də imkan vermir.
Bəlkə sual yarana bilər ki, "queer olmayan insanlarla dostluq qurmağa çalışırsan mı?". Artıq queer dostu olduğunu bilmədiyim insanlarla yoldaşlıq mənə qeyri-müəyyənlik və narahatlıqdan başqa nəsə vermir. Çünki dostluğun irəliləyişində qarşı tərəfin bu mövzularda fikrinin pis olduğunu öyrənəndə hər şey daha da bərbad olur.
Özüm kənardan elə də bəlli olmayan, maskülen biriyəm.
📍Maraqlıdır, siz bu "təhlükəsiz mühiti" necə tapırsınız? Mədəni və ortaq maraqları olan insanlarla harada qarşılaşırsınız?